"Arsenal"dan futbolçusuna yeni təklif - ən yüksək maaş alacaq

23:10 - 25 Sentyabr 2025

“Arsenal” Bukayo Sakanın müqaviləsini uzatmaq istəyir.

Sportal.az xəbər verir ki, "The Times"ın məlumatına görə, London klubu 24 yaşlı vingerlə yeni müqavilə üzrə danışıqlara başlayıb. Oyunçunun mövcud müqaviləsi 2027-ci ilədək nəzərdə tutulub.

Sakanın yeni müqavilə üzrə maaşı təxminən həftədə 300 min funt-sterlinq ola bilər. İngiltərəli oyunçu bu müqaviləni imzalasa, klubun ən yüksək maaşlı oyunçusu olacaq. Məsələn, Kai Haverts və Deklan Rays həftədə 200 min funtdan çox qazanırlar.

Xatırladaq ki, “topçular” Villiam Salibanın müqaviləsini 2030-cu ilədək uzatmaq barədə razılığa gəlib. The Times yazır ki, fransalı müdafiəçinin maaşı həftədə 190 min funtdan 250 min funtadək artırılacaq.

Xəbər xətti