"Aston Villa" "Mançester Yunayted"dən icarəyə götürdüyü Ceydon Sanço ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, "aslanlar" ingiltərəli vingeri komandada saxlamaq istəyir. Bu barədə İngiltərə mətbuat məlumat yayıb.
Klub gələn yay 25 yaşlı ön xətt oyunçusu üçün "qırmızı şeytanlar"la danışıqlar aparacaq.
Qeyd edək ki, "Aston Villa" Ceydon Sançonu mövsümün əvvəlində icarəyə götürüb. İngiltərə millisinin üzvü Birmingem təmsilçisinin heyəətində 2 rəsmmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi