"Marsel" və "Fənərbaxça"da oynadı, Rusiya klubuna keçir

19:59 - 22 Sentyabr 2025

Qana millisinin hücumçusu Andre Ayu "Rubin”ə keçə bilər.

Sportal.az "Africafoot"a istinadən xəbər verir ki, təcrübəli forvard hazırda azad agent statusu daşıyır və sentyabrın 26-a qədər “Rubin”lə müqavilə imzalamaq haqqına sahibdir.

İddiaya görə, forvard Kazan təmsilçisi ilə 2 illik müqaviləyə qol çəkəcək. 

35 yaşlı futbolçu “Marsel”, “Loryen”, “Arles-Avinyon”, “Suonsi”, “Vest Hem”, “Fənərbaxça”, “Əl-Sədd”, “Nottingem Forest”, “Le Havr” klublarında çıxış edib. 
 

Xəbər xətti