AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının V turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
20.09.2025-ci il tarixində Əvəzedicilər liqasında V turun “Sumqayıt-2” – “Zirə-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddı 43.1);
20.09.2025-ci il tarixində Əvəzedicilər liqasında V turun “Sumqayıt-2” – “Zirə-2” oyununun 69-cu dəqiqəsində “Sumqayıt-2” komandasının 87 nömrəli futbolçusu Nurlan Zeynallı ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Sumqayıt-2” komandası 100 manat cərimə edilsin (maddə 44.1);
20.09.2025-ci il tarixində Əvəzedicilər liqasında V turun “Araz-Naxçıvan-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ-2” komandası 70 manat cərimə edilsin (maddı 43.1);
21.09.2025-ci il tarixində Əvəzedicilər liqasında V turun “Sabah-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ-2” komandası 70 manat cərimə edilsin (maddı 43.1);
21.09.2025-ci il tarixində Əvəzedicilər liqasında V turun “Şamaxı-2” – “Kəpəz-2” oyununun matçöncəsi iclasında “Kəpəz-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 150 manat cərimə edilsin (maddə 99, 94, 58.1).
saytlarin hazirlanmasi