"Qızıl Top"un qalibi müəyyənləşir

13:18 - 22 Sentyabr 2025

Bu gün "Qızıl Top" mükafatının qalibi müəyyənləşəcək.

Sportal.az xəbər verir ki, "France Football" nəşrinin sorğusuna əsasən mükafatın sahibinın adına aydınlıq gələcək.

Tədbir Bakı vaxtı ilə saat 23:00-da Fransanın paytaxtı Parisdə baş tutacaq. "Qızıl Top"u qazanmağa əsas namizədlər PSJ-dən Usman Dembele və Vitinya, "Barselona"dan isə Lamin Yamal və Rafinya göstərilir.

Qeyd edək ki, mükafatın sson sahibi "Mançester Siti"nin yarımmüdafiəçisi Rodridir.

Xəbər xətti