Anri: "Bu həftə sosial şəbəkə hesablarım Azərbaycan bayraqları ilə dolu idi"

17:22 - 21 Sentyabr 2025

CBS Sports telekanalında Çempionlar Liqasının ilk turunun oyunlarını şərh edən ekspertlər Tyeri Anri və Ceymi Karraqer “Qarabağ”ın Lissabonda “Benfika”ya 3:2 hesabı ilə qalib gəldiyi oyuna da toxunublar.

Sportal.az xəbər verir ki, oyundan əvvəl Ağdam klubunun sürpriz edəcəyini proqnozlaşdıran Anri bunları deyib: 

"Bu həftə sosial şəbəkə hesablarım Azərbaycan bayraqları ilə dolu idi. Səhər yuxudan oyandım və minlərlə mesaj gəldiyini gördüm. Mən sadəcə düzünü deməyə çalışmışdım. “Qarabağ” həqiqətən güclü komandadır. Həm topla, həm də topsuz çox yaxşı oynayırlar. Düşünürəm ki, onların əsas gücü də bununla bağlıdır”.

Karrager də, “Qarabağ”ın güclü olduğunu etiraf edib: "Tyerrinin sosial media hesablarında Azərbaycan bayraqlarının çoxluğunu görəndə təəccüblənmədim desəm, yalan olar. O, artıq bütün Avropa ilə bağlı proqnozlarını paylaşır. Onun "Qarabağ"la bağlı dedikləri ilə razıyam, onlar həqiqətən təsiredici komandadır. İstər topla, istərsə də topsuz onların oyun keyfiyyəti var, oyun intizamını saxlayırlar. Bu da onları digər klublardan fərqləndirir”.

Xəbər xətti