Luis Enrike yenidən "Barselona"da işləmək istəyir.
Sportal.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, PSJ-nin baş məşqçisi Kataloniya klubundakı vəziyyəti izləyir və 2026-cı ildə orada prezident seçkilərinin keçiriləcəyini bilir. Bu seçkilər ispan mütəxəssisin qayıdışına təkan verə bilər.
Qeyd olunur ki, Enrike yaxın çevrəsi ilə söhbətlərində dəfələrlə «blauqrana»nı yenidən çalışdırmaq istədiyini vurğulayıb. Luis 2014-dən 2017-ci ilə qədər "Barselona"ya rəhbərlik edib. Hazırda komandaya Hans-Diter Flik rəhbərlik edir.
saytlarin hazirlanmasi