"Yuventus" "Real"ın forvardını icarəyə götürməyi planlaşdırır

10:34 - 18 Sentyabr 2025

"Real"ın futbolçusu Endrik İtaliyaya yollana bilər.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "Selta"nın icarəyə götürmək istədiyi braziliyalı hücumçu "Yuventus"un da maraq dairəsindədir.

"Qoca sinyora" onu bir illik icarəyə götürməyi planlaşdırır.

"Kral klubu" 19 yaşlı forvardın icarədə oynamasına qarşı çıxmaq istəmir.

Onun "Real"la müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.

Xəbər xətti