"Barselona" İspaniya La Liqasının 5-ci turunun "Xetafe" ilə matçını "Kamp Nou"da keçirməyi planlaşdırırdı.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin təmir işləri yekunlaşan stadiona qayıdışı bu həftə baş tutmayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub yaxın günlərdə stadionun açılışı üçün tələb olunan icazənin alınması istiqamətində fəaliyyətini davam etdirəcək.
"Barselona" 21 sentyabr tarixində keçiriləcək görüşdə rəqibini "Estadi Yohan Kroyff" stadionunda qəbul edəcək.
saytlarin hazirlanmasi