Ukraynalı futbol mütəxəssisi İvan Getsko ölkəsinin DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun 2-ci turunda Azərbaycanla Bakıda keçirdiyi oyundan (1:1) sonra bu kvartetdəki perspektivlərdən danışıb.
Sportal.az "sport.ua"ya istinadən xəbər verir ki, Getsko millisinin qrupdan çıxmaq şanslarını dəyərləndirib:
"Ukrayna qrupdan çıxacaqmı? Birinci yerdə olmağımız çətin görünür. Amma ikinci pillədən pley-offa vəsiqə uğrunda mübarizə apara bilərik. Bəli, millimiz Bakıda Azərbaycana qarşı çox zəif oyun nümayiş etdirdi. Lakin şanslar hələ də var. Hər şey olmasa da, çox şeyə oktyabrın 10-da, Ukrayna yığmasının İslandiya ilə səfərdə qarşılaşacağı zaman bəlli olacaq".
57 yaşlı veteran futbolçu 1992-1997-ci illərdə Ukrayna millisində oynayıb. O, “Makkabi”(Hayfa), “Alaniya”, “Dnepr”, “Karpatı”, “Metallist” klublarının formasını geyinib.
saytlarin hazirlanmasi