"Roma"nın futbolçusu Paulo Dibala zədə səbəbindən 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Sportal.az "Gazeta Express"ə istinadən xəbər verir ki, "canavarlar"ın üzvü A Seriyasında "Torino" ilə görüşdə (0:1) zədələnib.
31 yaşlı argentinalı futbolçu həkim müayinəsindən keçib və onun 2 həftə oynaya bilməyəcəyi dəqiqləşob.
Dibalanın sol ayağının bud nahiyəsində əzələsində gərginlik əmələ gəlib.
Argentinalı “Roma”nın “Latsio” və “Nitsa” ilə matçlarını buraxacaq.
O, 2025/26 mövsümündə üç matçda meydana çıxıb, qol vura bilməyib.