Bəhlul Mustafazadə: "Matçdan əvvəl ümidliydik"

15:23 - 17 Sentyabr 2025

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunda “Benfika”ya qarşı keçirilmiş görüş haqda danışıb.

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu Ağdam klubunun səfərdə əldə etdiyi uğurlu nəticəni şərh edib:

"Əlbəttə ki, oyundan öncə də ümidliydik. Futbolçularla öz aramızda danışanda, görüş haqda ümidli olduğumuzu bir-birimizə bildirirdik. Amma sona qədər inamımızı qoruduq və sonda da qələbəmizi qazandıq".

- "Benfika” tərəfində matçdan əvvəl böyük hesabla qalib gələcəyini düşünənlər var idi…

Matçdan əvvəl “Benfika”nın tərəfinin açıqlamalarına baxdığımız zaman bunu hiss edirdik. Futboldur da. Müasir futbolda hər bir komanda digərinə qalib gələ bilir. Bunu göstərdiyimiz üçün çox xoşbəxtik.

Xəbər xətti