"Barselona"dan sonra "Qarabağ" da bunu etdi

13:13 - 17 Sentyabr 2025

UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunda "Benfika"nı məğlub edən "Qarabağ" "Barselona"nın nailiyyətini təkrarlayıb.

Sportal.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytı məlumat yayıb.

Lissabon təmsilçisi Çempionlar Liqasında ikinci dəfə hesabda 2 top fərqi ilə üstün olduğu oyunda uduzub. "Benfika" ötən mövsüm 4:2 hesabı ilə öndə olduğu matçda "Barselona"ya məğlub olmuşdu (4:5).

Qeyd edək ki, Portuqaliya klubu ötən gün "Qarabağ"la qarşılaşmanın 16-cı dəqiqəsində 2:0 öndə idi. "Qarabağ" daha sonra 3 qol vuraraq rəqibinə qalib gəlib.

Xəbər xətti