Ətrafındakı insanlar Vinisiusun "Real"dakı vəziyyətindən narahatdır

00:18 - 18 Sentyabr 2025

Vini­sius Juniorun yaxın çevrəsi futbolçunun "Real"dakı aqibətindən narahatlığını bildiriblər.

Sportal.az xəbər verir ki, onlar Xabi Alonsonun futbolçuya olan münasibətindən narahatdır. Yeni baş məşqçi oyunçuya əvvəlki baş məşqçi Karlo Ançelotti qədər inanmır.

Alonso altında Vini­sius “Real” üçün yalnız bir oyunu tam keçirdib, iki oyuna əvəzlənmiş, səkkiz oyunda isə ikinci hissədə meydandan çıxarılıb.

Xəbər xətti