Çempionlar Liqası: "Qarabağ"ın futbolçusu rəmzi heyətdə - FOTO

20:40 - 19 Sentyabr 2025

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turunun rəmzi heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo da həftənin rəmzi heyətində yer alıb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Pedro Bikalyo "Qarabağ"ın "Benfika"nı səfərdə məğlub etdiyi matçda 90 dəqiqə meydanda olub.


Xəbər xətti