Bu gün Misli Premyer Liqasında 5-ci tura start verilib.
Sportal.az xəbər verir ki, turun ilk görüşü Şamaxıda baş tutub.
"Karvan-Yevlax" "İmişli"ni qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Zirə" isə "Şamaxı"ı ilə qarşılaşıb. Burada meydan sahibləri qalibiyyətə sevinib.
Turun qalan oyunları sabah və birigün keçiriləcək.
19 sentyabr
16:00. "Karvan-Yevlax" - "İmişli" 0:3
Qollar: Dioqo Almeyda, 12, Edvin Banquera, 15, Azər Salahlı, 80
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı şəhər stadionu
18:30. "Zirə" - "Şamaxı" 2:1
Qollar:Martins Junior, 83, 87 - Kərim Rossi 25
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İK