Azərbaycanlı idmançı bu gün final görüşünə çıxacaq - dünya çempionatı

11:22 - 21 Sentyabr 2025

Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən dünya çempionatının sonuncu günündə Azərbaycanın daha bir yunan-Roma güləşçimiz xalça üzərinə çıxacaq.

Sportal.az xəbər verir ki, Həsrət Cəfərov (67 kq) final görüşündə qüvvəsini sınayacaq. 

İdmançımız həlledici görüşdə Səid (İran) Esmaili ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, hazırda Azərbaycan millisi 7 medal qazanıb. 

Ülvi Qənizadə (72 kq) dünya çempionluğunu əldə edb. Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medala sahib çıxıb. 

Xəbər xətti