"Qarabağ"ın rəqibi qərar verdi - müqavilə olacaq

13:47 - 19 Sentyabr 2025

"Ayntraxt" (Frankfurt) baş məşqçisi Dino Toppmölleri postunda saxlamaq istəyir.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Almaniya təmsilçisi 44 yaşlı mütəxəssisə yeni müqavilə təklif edib. 

Frankfrut təmsilçisinin rəhbərliyi Toppmöllerin müqavilə müddətini 2030-cu ilə qədər artırmaq fikrindədir.

2023-cü ildən “Ayntraxt”ı çalışdıran Dinonun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Xatırladaq ki, o, “Virton”da (Belçika) baş məşqçi, “Leyptsiq”, “Bavariya” klublarında isə köməkçi məşqçi kimi işləyib.

Xəbər xətti