"Beşiktaş" heyətini Mərakeş millisinin üzvü ilə gücləndirə bilər.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, İspaniya klublarının da diqqət mərkəzində olan Hakim Ziyeş “Beşiktaş”ın transfer siyahısındadır.
Hazırda klubsuz olan 32 yaşlı vinger Türkiyəyə qayıtmaq məsələsini gözdən keçirir.
Lakin o, qəti qərarını verməyib. “Herenven”, “Tvente”, “Ayaks”, “Çelsi”, “Qalatasaray” klublarında oynamış Ziyeşin son komandası Qətərin “Əl-Duhail” klubu olub.