"Karvan-Yevlax" Misli Premyer Liqasının 5-ci turunda "İmişli"yə 0:0 hesabı ilə məğlub olub. Yevlax təmsilçisinin yarımmüdafiəçisi Kayl Spens Sportal.az saytına müsahibə verib:
- Oyun haqda fikirlərini bölüşərdin...
- Çətin oyun oldu, xüsusən də ilk 15 dəqiqədə iki qol buraxmağımız işimizi çətinləşdirdi. Amma yenə də mübarizə aparmağa çalışdıq. Sadəcə, bizim günümüz deyildi. Səhvlərimizi düzəltməli və növbəti oyuna hazırlaşmalıyıq.
- Ümumilikdə, komanda bir sıra hallarda çox sadə top itkiləri etdi. Səncə, bu komandanın məşq sistemiylə bağlıdır, oyunçular bir birini yaxşı başa düşmür?
- Mən belə deməzdim. Bu, sadəcə futboldur, belə səhvlər də bu oyunda olur. Biz isə bunları düzəltməli və komanda şəklində daha yaxşı oynamağa çalışmalıyıq.
- Şəxsi məqsədin və komandanın bu mövsüm üçün hədəfləri nələrdir?
- Məncə, komanda üçün Premyer Liqada qalmaq real məqsəddir. Əlbəttə, Avropaya getmək də arzularımızdan biridir. Amma mövsüm uzundur. Sona qədər birlikdə çalışmalı, mübarizə aparmalıyıq. Şəxsi olaraq da maksimum yaxşı performans göstərmək istəyirəm.
- Ümumilikdə Azərbaycana adaptasiya olmaq və burada futbol oynamaq barədə nə deyə bilərsən?
- Açığı, təəccüblənmədim, Premyer Liqada səviyyə həqiqətən də yüksəkdir. Burada yaxşı oyunçular çoxdur. Çox sürətli və dinamik çempionatdır. Mən yaxşı mənada təsirləndim və bu futbol mənim xoşuma gəlir.
Elçin Əlixan
saytlarin hazirlanmasi