"Qəbələ"nin yarımmüdafiəçisi Şahin Şahniyarov Sportal.az saytına açıqlama verib:
"Kəpəz"ə qarşı görüşün çətin olacağını bilirdik. Çünki hər iki komanda da "qara zolaq"da idi. Bizim üçün vacib olan qalibiyyət idi. Komanda yalnız bunu düşünürdü. Oyuna da elə hazırlaşmışdıq. Yalnız qalibiyyəti fikirləşirdik. Matç asan alınmadı, çətin oyun oldu. Amma Şükür Allaha qalibiyyəti əldə etdik. Qol epizodlarımızdan istifadə etdik, üç xalı aktivimizə yazdırdıq. Artıq növbəti turda qarşılaşacağımız "Qarabağ"la oyunu fikirləşirik".
Milli komandamızın da üzvü olan gənc futbolçu U-21 yığmasında oynayaraq, beynəlxalq təcrübə qazandığını bildirib:
"Son dəfə milli komandaya dəvət edilmişdim. Fernandu Santuş baş məşqçi postundan getdikdən sonra Ayxan Abbasov milli komandaya dəvət edildi. Həm mən, həm də Xəyalla söhbəti oldu ki, burada oynamamaqdansa, U-21 yığmasında oynamaq bizim üçün daha yaxşıdır. Mən də elə fikirləşirəm. Bizim üçün daha faydalıdır. Doğrudur, Portuqaliyaya qarşı oynaya bilmədik. Amma Bolqarıstana qarşı meydandaydıq. Məsələn, bu görüş Avropa səviyyəsində bizim üçün təcrübədir. Mən də ona qatılıram ki, A millidə ehtiyatda oturmaqdansa, U-21 yığmasında oyunlara çıxmaq daha yaxşıdır. Qarşıdakı oyunlarda da yığma komandalara dəvət edilsəm, ən yaxşısını meydanda qoymağa hazıram".
saytlarin hazirlanmasi