Millimizin üzvü oynadı, komandası məğlub oldu

23:08 - 22 Sentyabr 2025

Bolqarıstan çempionatında 9-cu turun oyunları keçirilir. 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Cəlal Hüseynovun formasını geydiyi “Arda” öz meydanında "Çerno More" ilə qarşılaşıb. Start heyətdə meydana çıxan Cəlal sona qədər oynayıb.

Matç qonaqların 1:0 hesablı qələbəsi ilə  başa çatıb. 

Qeyd edək ki, 9 oyundan 9 xal toplayan “Arda” 16 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti