Luis Enrike "France Football"un versiyasına görə ilin ən yaxşı məşqçisi seçilib.
Sportal.az xəbər verir ki, PSJ-nin baş məşqçisinə Yohan Kroyff adına trofey təqdim olunub. Bu barədə “Qızıl top” mükafatının təqdimetmə mərasimində elan edilib.
Səsvermədə ispan mütəxəssis Hans-Diter Fliki (“Barselona”), Enso Mareskanı (“Çelsi”) və Arne Slotu (“Liverpul”) qabaqlayıb.
Qeyd edək ki, Enrike ötən mövsümdə Paris klubu Fransa çempionatını, ölkə kubokunu və Çempionlar Liqasını qazanıb.
saytlarin hazirlanmasi