Pedro Bikalyo "Turan Tovuz"un da maraq dairəsində olubmuş - keçid bu səbəbdən baş tutmayıb

13:04 - 23 Sentyabr 2025

"Qarabağ"a gələn yenilər arasında Pedro Bikalyo ən yaxşılardandır. Qısa zaman kəsiyində Qurban Qurbanovun oyun sistemini mənimsəyən braziliyalı futbolçu "Benfika" ilə matçın ən yaxşısı adına layiq görülüb. 

Sportal.az saytının əldə etdiyi məlumata görə, Pedro Bikalyo yay transfer pəncərəsi zamanı "Turan Tovuz"a transfer oluna bilərmiş. Tovuz təmsilçisinin skautlarının diqqətini cəlb etdiyi futbolçu üçün onun məxsus olduğu "Alverka" klubuna müraciət olunub. Portuqaliya təmsilçisinin rəsmiləri Bikalyonun keçidinin mümkünsüz olduğunu deyiblər. Böyük ehtimalla, həmin vaxt artıq "Qarabağ"la danışıqlar gedirmiş.

Qeyd edək ki, "Qarabağ"la 24 yaşlı braziliyalı futbolçu arasında "3+1" illik müqavilə imzalanıb. 

Xəbər xətti