"Qarabağ"ın veteran futbolçusu Ramal Hüseynov Sportal.az saytına açıqlama verib.
O, Ağdam klubunun Çempionlar Liqasının 1-ci turunda səfərdə “Benfika”nı məğlub etməsi barədə danışıb:
"Qarabağ"ın Portuqaliyada "Benfika" üzərində qələbəsi dünya üçün sensasiya oldu. Amma bizim az da olsa, "Qarabağ"ın qələbəsinə inamımız var idi. "Qarabağ" kollektiv olaraq çox güclüdür. 2:0-dan sonra onlar "Benfika"nın arxayınlaşmasından istifadə etdi və o cür komandanı cəzalandırdı. "Qarabağ" hər zaman kollektiv kimi hərəkət etməyinin hesabına bütün rəqiblərindən seçilir. Bu komandada bütün oyunçular həlledici rol oynayır. İkinci turda “Kopenhagen"ə qarşı görüş var. “Qarabağ”ın onları məğlub edəcəyinə inanıram”.
Hüseynovun fikrincə, Azərbaycan çempionuna ehtiyac var: "Qarabağ"a hücumçu lazımdır. Bu dəqiqdir. Doğrudur, Kamilo Duran "Benfika" ilə görüşdə yaxşı performans sərgilədi. Qol vurdu, irəli xətdə rəqib üçün təhlükəli idi. Vingerin hücumçu kimi oynaması o demək deyil ki, hücumçu işi həll olundu. "Qarabağ"a sırf hücumçu lazımdır. Hər halda, sırf hücumçu komandada başqa işləri görə bilir”.
Mirbağırağa