"Borussiya"nın hücumçusu "Barselona"nın hədəfində - Levandovskinin əvəzinə...

23:32 - 25 Sentyabr 2025

“Barselona” Seru Girassiyə maraq göstərir.

Sportal.az xəbər verir ki, "Bild"in yaydığı məlumata görə, Kataloniya klubu Dortmund “Borussiya”sının hücumçusunu gələn yay transfer etmək üçün təklif verə bilər.

Hans-Diter Flik 29 yaşlı futbolçuda Robert Levandovskinin potensial əvəzini görür, Almaniya klubu isə təxminən 100 milyon avro tələb edə bilər.

Xəbər xətti