"Qırmızı şeytanlar" 60 milyon funt-sterlinqlik təklif göndərəcək

19:58 - 25 Sentyabr 2025

"Mançester Yunayted" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Everton"da çıxış edən Cerred Brentueytdir. Bu barədə "CaughtOffside" məlumat yayıb.

"Mançester Yunayted" ingiltərəli mərkəz müdafiəçisi üçün onun klubuna yanvar ayında 60 milyon funt-sterlinqlik təklif göndərəcək.

23 yaşlı futbolçu ilə "Liverpul" da maraqlanır.

Qeyd edək ki, "Everton" Cerred Brentueyti 2020-ci ilin yanvar ayında "Çarlisli Yunayted"dən 1,1 milyon avroya transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.  Belə ki, o, hazırda zədəlidir.

Xəbər xətti