"Qalatasaray"da Viktor Osimhen sevinci

17:57 - 25 Sentyabr 2025

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen zədəsini sağaldıb.

Sportal.az xəbər verir ki, nigeriyallı futbolçu bu gün komanda ilə birlikdə məşq edib.

Osimhenin adı Super Liqanın sabah keçiriləcək "Alanyaspor"la səfər matçının heyətinə daxil edilib. Lakin baş məşqçi Okan Burukun risk etməyəcəyi və 26 yaşlı forvardın ehtiyatda qalacağı gözlənilir.

Ulduz futbolçu Çempionlar Liqası Liqa mərhələsinin "Liverpul"la oyununa qədər tam hazır olacaq. Qarşılaşma 30 sentyabr tarixində İstanbulda baş tutacaq.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 3 rəsmi matçda 2 qolla yadda qalıb.

Xəbər xətti