"Zirə" "İmişli" ilə heç-heçə etdi, "Qarabağ" "Qəbələ"yə qalib gəldi - YENİLƏNİB

20:54 - 26 Sentyabr 2025

Bu gün Misli Premyer Liqasında VI tura start veriləcək.

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

"İmişli” Qubada "Zirə"ni qəbul edib. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

"Qarabağ" isə "Qəbələ"ni sınağa çəkib. Ağdam təmsilçisi rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

15:30. "İmişli" – "Zirə" 1:1
Qollar:
Dioqo Rollo, 26 - Davit Volkov, 80
Baş hakim: Əli Əliyev
Quba OİK stadionu

19:00 "Qarabağ" – "Qəbələ" 2:0
Qollar:
Abdullah Zubir, 16, Musa Qurbanlı, 90+3
Baş hakim: Rauf Cabarov
“Azersun Arena”

Xəbər xətti