"Atalanta"nın hücumçusu Ademola Lukman karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" nigeriyalı futbolçunu transfer etmək istəyir. Bu barədə Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlsə, Lukman üçün hərəkətə keçəcək.
Klubu 28 yaşlı forvard üçün 20 milyon avro təzminat tələb edir. Təcrübəli oyunçunun maaş tələb isə illik 8 milyon avrodur.
Qeyd edək ki, "Atalanta" Ademola Lukmanı 2022-ci ilin yayında "Leypziq"dən transfer edib. Nigeriya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
