"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində son matçını keçirib.
Sportal.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv Bakıda "Ayaks"la üz-üzə gəlib.
Niderland təmsilçisi ilə oyun Suraxanıda yerləşən "Azərsun Arena"da baş tutub. Saat 14:00-da start götürən qarşılaşma qonaqların 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, "Qarabağ" bunadək yarışda keçirdiyi 5 duelin hamısında məğlub olub.
saytlarin hazirlanmasi
