“Xankəndi” Futbol Klubu heyətini yeni hücumçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, II Liqa təmsilçisi Mirmövsüm Caniyevi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qarabağ”ın yetirməsi olan forvardla mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı futbolçunun son klubu “Baku Sportinq” olub.
saytlarin hazirlanmasi
