Son vaxtlar özünə bənzəməyən "Sumqayıt" görürük. Halbuki, qış fasiləsinə qədər İliçin komandası yaxşı təsir bağışlayırdı. Düzgün komplektləşən heyət, məşqçi işi, nəticələr! Hər şey bir-birini tamamlayırdı.
Lakin birdən-birə "Sumqayıt" üzüaşağı getməyə başladı. Məğlubiyyətlər, xal itkiləri, üstəlik, kubokda mübarizəni dayandırdılar. Ramalinqom və Ninkoviç kimi aparıcı futbolçular yersiz qırmızı vərəqələr almağa başladılar...
İliç də, futbolçular da rəhbərlikdən sərt təpkilər aldılar. Özləri də yaxşı başa düşürlər ki, qış yuxusundan ayılmasalar, toparlanmaları çətin olacaq. Saşa İliç hər şeydən əvvəl elə öz əməyini yerə vuracaq.
Qarşıda "Şamaxı" ilə oyun var. "Sumqayıt" bu oyuna geridönüş matçı kimi baxır. Əldə etdiyimiz məlumata görə, martın 13-də Sumqayıtda keçiriləcək oyuna giriş azarkeşlər üçün pulsuz olacaq.
Klubun sosial şəbəkə hesabında edilən paylaşımdan da, hansı əhval-ruhiyyədə olduqlarını duymaq mümkündür. İradə göstərib avrokubok mübarizəsimə qayıtmaqda israrlıdılar.
saytlarin hazirlanmasi
