Azərbaycan millisinə dəvət edilməyəcəklər - xaricdə oynayan futbolçular

13:49 - 17 Mart 2026

Azərbaycan milli komandası qarşıdakı "FIFA series" turniri çərçivəsində iki oyuna çıxacaq. Yığma komandamız martın 27-də Sent-Lüsiya millisi ilə qarşılaşacaq.

Sportal.az saytının əldə etdiyi məlumata görə, komandanın heyətində isə iki futbolçu - Nəriman Axundzadə və Mahir Emreli yer almayacaq. Milli komandanın baş məşqçisi onların klublarında qalaraq oyun formasını bərpa etməsinə, adaptasiya olması üçün yığmanın düşərgəsinə qoşulmamalarına icazə verib.

Beləliklə, Azərbaycan millisi "FIFA series" oyunlarına bu iki hücumçu olmadan hazırlaşacaq.

Qeyd edək ki, turnirdə Sent-Lüsiya yığması ilə yanaşı, Oman və Syerre-Leona da yer alacaq.

Xəbər xətti