Braziliya yığmasının vingeri məşqdə iştirak etmədi - növbəti matçı buraxa bilər

22:05 - 28 Mart 2026

Vinisius Junior Braziliya millisinin növbəti oyununu buraxa bilər.

Sportal.az xəbər verir ki, Fransa ilə oyunda (1:2) tam matç keçirən 25 yaşlı vinger bu gün komanda ilə məşq etməyib. O, yalnız məşq zalında fərdi məşqlə kifayətlənib və meydançaya çıxmayıb.

Bu səbəbdən "Real" futbolçusunun Xorvatiyaya qarşı yoldaşlıq oyununda iştirakı sual altındadır. Qarşılaşma ABŞ-da 31 martdan 1 aprelə keçən gecə saat 04:00-da keçiriləcək.

Xəbər xətti