Devid Bekhem İngiltərə millisinin mart oyunları üçün heyətinə Trent Aleksander-Arnoldun çağırılmamasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, əfsanəvi futbolçu öz açıqlamasında bunları qeyd edib:
“Mən İngiltərə millisinin məşqçisi deyiləm, amma belə qərarları vermək lazım deyil! Trentin böyük fanatıyam, onu çox bəyənirəm. İllərdir eşidirəm ki, o, müdafiədə hücumdakından zəifdir. Amma bəzən bunu qəbul etmək lazımdır. Roberto Karlos də möhtəşəm müdafiəçi idi, amma hücumda inanılmaz idi. O daim irəli çıxırdı və biz onu sığortalayırdıq,bu, normaldır.
Trentə gəlincə, mən onu dünya çempionatına götürərdim? Belə oyunçunu götürməmək mənim üçün çox çətin olardı. Amma Tomas dedi ki, hazırda onu qabaqlayan oyunçular var. O “hazırda” dedi, yəni hər şey dəyişə bilər."
saytlarin hazirlanmasi
