Seneqal milli komandasının kapitanı Sadio Mane karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş”dan sonra “Başakşəhər” də 33 yaşlı vingeri heyətinə qatmaqda maraqlıdır.
“Əl-Nəsr”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər Mane Türkiyədə oynamaq niyyətindədir. O, mövsümün sonuna yaxın yekun qərarını verəcək.
Sadio 2023-cü il avqust ayından Səudiyyə-Ərəbistanı klubunda oynayırdı. O, “Metz”, “Zaltsburq”, “Southempton”, “Liverul” və “Bavariya”da çıxış edib.
