Avropanın aparıcı klublarının diqqətini cəlb edən 18 yaşlı futbolçu "Borussiya"ya transfer olur - -32 milyon avroya

23:35 - 27 İyul 2026

"Borussiya" (Dortmund) Konstantinos Karetsasin transferi ilə bağlı razılıq əldə edib.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, Dortmund klubu "Genk" ilə 18 yaşlı yarımmüdafiəçinin keçidi barədə razılığa gəlib. Transferin dəyəri reallaşması gözlənilən bonuslar da daxil olmaqla 32 milyon avro təşkil edəcək.

Futbolçu “Borussiya” ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Avropanın bir sıra aparıcı klublarının da hədəfində olan Karetsas ötən mövsüm Belçika çempionatında 34 oyunda meydana çıxıb və 10 məhsuldar ötürmə verərək “Genk”in ən yaxşı assist müəllifi olub.

Xəbər xətti