"Real"ın futbolçusu bir ay oynamayacaq

19:08 - 25 Sentyabr 2018

Madrid “Real”ı itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi İsko appendisit əməliyyatı olacaq. 26 yaşlı futbolçu bu səbəbdən bir ay yaşıl meydanlardan kənar qalacaq.

 

Qeyd edək ki, İsko cari mövsüm 5 oyuna 1 qol, 1 assistlə yadda qalıb.

Xəbər xətti