"Sportinq" məhkəməni qazandı: 30 milyon avro alacaq

13:11 - 26 Sentyabr 2018

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq"in futbolçusu Jelson Martinş yay transfer dönəmində müqaviləsini təktərəfli pozaraq, Madrid "Atletiko"suna azad agent statusu ilə keçmişdi.

 

Sportal.az xəbər verir ki, Lissabon təmsilçisi Portuqaliya millisinin üzvü üçün "hindular"dan təzminat tələb etsə, rədd cavabı almışdı. Bu səbəbdən də klub FIFA-ya müraciət etmişdi. Qurum bu məsələni araşdırıb və "Atletiko"nun "Sportinq"ə 30 milyon avro ödəməsiylə bağlı qərar verib.

 

Qeyd edək ki, 23 yaşlı vinqer "Sportinq" yetirməsidir.

Xəbər xətti