Millimizin iki oyununun stadionu dəyişdirildi

10:34 - 25 Yanvar 2019

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində ev oyunlarından ikisinin stadionu dəyişdirilib.

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya ilə keçiriləcək qarşılaşmalar əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı Olimpiya Stadionunda (BOS) deyil, "Bakcell Arena"da oynanılacaq.

 

Mayın 29-da BOS-da Avropa Liqasının final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınaraq bu qərar verilib.

 

Xəbər xətti