AFFA-dan Nikola Yurçeviç açıqlaması

13:10 - 9 Fevral 2019

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviç Bakıdadır.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, federasiya ilə aparılacaq müzakirələr ərəfəsində xorvatiyalı mütəxəssis Topaz Premyer Liqasının XVI turu çərçivəsində keçiriləcək bir neçə oyunu izləyəcək.

 

Qeyd edək ki, Yurçeviç məşqçilik karyerasına 2002-ci ildə Xorvatiyanın “Zaqreb” klubunda başlayıb. Xorvatiyalı mütəxəssis 2006-2017-ci illərdə Xorvatiya millisində, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Yurçeviç son olaraq, Zaqreb “Dinamo”sunu çalışdırıb. Klub rəhbərliyi uğursuz çıxışlara görə onu postundan qovmuşdu.

 

 

Xəbər xətti