Millimizin baş məşqçi postuna namizəd olan Nikola Yurçeviç ölkəsinin mətbuatına açıqlama verib.
Sportal.az vecernji.hr saytına istinadən xəbər verir ki, 52 yaşlı xorvatiyalı mütəxəssis millimizin sabiq çalışdırıcısı, hazırda Bosniya və Herseqovina yığmasının baş məşqçisi olan Robert Prosineçkiylə danışdığını deyib:
"Danışıqlar gedir. Təbii ki, iş barəsində Robert Prosineçkiylə söhbət etmişəm. Əlbəttə, futbolda hər şey az da olsa, məlumdur. O və Qordan Sipriçdən ipucları almışam. Prosineçki mənə hər şeyin yaxşı olacağını dedi. Mənə yaxşı fikirlər söylədilər. Ancaq hələ müqavilə imzalanmayıb".
saytlarin hazirlanmasi