Azərbaycan U-19 millisi İspaniya toplanışında ilk oyununa çıxıb. Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv bu ölkədən olan həmyaşıdları ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, Mursiya şəhərində keçirilən görüş ispanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində Kamran Quliyev 25-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.
Millimiz fevralın 14-də “Ranero” klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunu keçirəcək.
Yoxlama oyunu
12 fevral
İspaniya U-19 – Azərbaycan U-19 - 2:0
saytlarin hazirlanmasi