19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd “Ranero” komandasının müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilmiş yoldaşlıq oyunundan sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, mütəxəssis 6:1 hesabı ilə qalib gəldikləri matçdan sonra AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Qələbə münasibətilə komandamı təbrik edirəm. Fürsətdən istifadə edib bütün futbolçulara şans verdik. Oyun ərzində bir çox taktiki gedişi sınaqdan keçirdik. Müəyyən epizodlarda istədiyimiz alınırdı, bəzi epizodlarda çatışmayan nüanslar gördük. Bu cür oyunlarda rəqibə daha ciddi yanaşmalıyıq. Çünki bizi qarşıdakı oyunlarda daha sürətli, taktiki baxımdan daha kombinasiyalı oyunlar gözləyir. İstər yoldaşlıq, istərsə də rəsmi oyunlar olsun, ciddiyəti əldən verməməliyik".
saytlarin hazirlanmasi