Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bu gün AFFA-nın baş katibi Elxan Məmmədov və federasiyanın digər əməkdaşları, milli komandamızın baş məşqçisi Nikola Yurçeviç, aşağı yaş qrupları üzrə yığmaların çalışdırıcıları, eləcə də 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Onlar şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Fotolar: AFFA
saytlarin hazirlanmasi