Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç klublarla işbirliyinə başlayıb. Xorvatiyalı mütəxəssis iki klubun bazasında olub.
Sportal.az xəbər verir ki, 52 yaşlı çalışdırıcı “Qarabağ” və "Neftçi”ni ziyarət edib. Yurçeviç hər iki komandadakı həmkarı - Qurban Qurbanov və Roberto Bordinlə görüşüb.
Görüş zamanı milli komandaya dəvət olunacaq və namizəd hesab edilən futbolçuların hazırlıq səviyyəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
saytlarin hazirlanmasi