Ukrayna Premyer Liqasında 21-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” evdə Donetsk “Olimpik”i ilə 1:1 hesablı heç-heçə edib.
Paşayev start heyətdə meydana çıxıb. Lakin matçın əvvəlindəcə zədələnən millimizin üzvü 10-cu dəqiqədə əvəzlənməli olub. Onun AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə görüşdə iştirak edib-etməyəcəyinə tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, “Aleksandriya” 38 xalla Premyer Liqanın turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi