Azərbaycan mili komandası AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, qarşılaşmanın statistikasında meydan sahibləri üstün olub. Topa yiyələnmə faizində "damalılar" üstündür - 68:32 faiz.
Xorvatiya 14, Azərbaycan isə 5 dəfə qol vurmağa cəh edib. Meydan sahiblərinin 5 zərbəsi çərçivəyə ünvanlanıb və bunlardan 2-si qol olub. Millimizin isə 2 zərbəsi qapıya gedib və bunlardan 1-i qolla nəticələnib. Xorvatların 9, millimizin isə 3 zərbəsi qapıdan aralı keçib.
Künc zərbələrində də millimiz meydan sahiblərinə uduzub - 2:13.
Xorvatiyanın 742 ötürməsinin 688-i dəqiq alınıb (93 faiz). Millimizdə isə 289 ötürmədən 233-ü ünvanına çatıb (81 faiz).
saytlarin hazirlanmasi