İvan Perişiç: "Azərbaycanlı futbolçuların güclərinin tükənəcəyini bilirdik"

14:19 - 22 Mart 2019

"Azərbaycan ilk hissədə yaxşı mübarizə apardı. Onların gücünün tükənəcəyini bilirdik. Buna görə də səbrli olmalı idik".

 

Sportal.az saytının məlumatına görə, bu sözləri Xorvatiya yığmasının üzvü İvan Perişiç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində doğma meydanda millimizə qalib gəldikləri (2:1) matçı dəyərləndirərkən deyib.  

 

İtaliyanın "İnter" klubunun üzvü layiqli nəticə əldə etdiklərini bildirib: "Qol vurmaq çətin idi. Yekunda rəqibin müdafiə xəttini yara bildik və layiqli qələbə qazandıq. Oyunumuzu daha da yaxşılaşdıraraq, yolumuza davam etməliyik". 

 

Ulduz futbolçu martın 24-də Macarıstana qarşı keçirəcəkləri səfər oyunu barədə də danışıb: "Bizi çətin səfər oyunu gözləyir. İşimiz asan olmayacaq. Möhtəşəm azarkeşlər qarşısında oynayacağıq. İstəyimiz qələbə qazanmaqdır, inanıram ki, buna nail olacağıq". 

Xəbər xətti